Bu gün səhər Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.

Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bəzi dronlar çox aşağı hündürlükdə uçduğundan ağaclara və naqillərə ilişib.

3 PUA yaşayış binalarına çırpılıb, onlardan biri partlayıcı qurğular daşıyıb, hansı ki, detonasiya baş verməyib.

.