Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bəstəkar İmrə Kalmanın "Silva” tamaşası rusdilli tamaşaçılar üçün nümayiş olunacaq.

Teatrdan verilən məlumata görə, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.

Tamaşanıın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Rollarda Əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də "iTicket.az” saytından əldə etmək olar.

.