
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşündə rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə dialoqu məsələsi müzakirə edilib.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında bildirilib:
“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim. Mən həmçinin Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoq aparılmasına olan ehtiyacı vurğuladım”, - Şarl Mişel qeyd edib.
Brüssel görüşündə itkin düşmüş şəxslərin taleləri və minaların təmizlənməsi işinin sürətləndirilməsi müzakirə edilib
Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşündə humanitar məsələlər də müzakirə edilib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında qeyd olunub.
Bildirilib ki, görüş zamanı qarşıdakı həftələrdə saxlanılanların azadlığa buraxılmasına dair anlaşma əldə edilib.
“Mən həmçinin sadəcə olaraq azaraq sərhədi qarşı tərəfə keçmiş əsgərlərin sürətli prosedurlarla azad edilməsinin davam etməsinə dair qarşılıqlı anlaşmanın qorunmasına ehtiyacı vurğuladım. Biz həmçinin itkin düşmüş şəxslərin taleləri və minaların təmizlənməsi işlərinin sürətləndirilməsinin vacibliyini müzakirə etdik”, - Şarl Mişel vurğulayıb.
.