Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra “Instagram” hesabını silib.

Hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda “Üzr istəyirik, bu səhifə əlçatmazdır” mesajı görünür.

Amerikalı pop-ulduz “Instagram” hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

“Uşaqlar narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediadan bir az ara verirəm!!! Tezliklə qayıdacağam”, - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özü sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

.