Amerikalı müğənni Britni Spirs açıq-saçıq geyimdə rəqs edib.

O, şəxsi bloqunda video yerləşdirərək qeyd edib ki, əri bu videoya nifrət edir.

“Ərim bu videoya nifrət edir. Bu qara paltarın pis olduğunu düşünür... Dünən gecə brilyantlı paltar və daha iki geyim tikdim. Bu, əlbəttə ki, “Versace” deyil, amma bunu özüm etdim. Böyük daşların dibindən naxış əlavə etdim, sonra hər şeyi tikməyə kömək edən bir xanım tapdım. Darıxırdım, amma bunu etmək çox gözəl idi”, - Spirs bildirib.

Xatırladaq ki, müəğnni 9 iyun 2022-ci ildə sevgilisi, fitnes məşqçisi Sem Əsgəri ilə ailə həyatı qurub.

 

.