Britaniya bu vaxtadək Ukraynaya 5,7 milyard ABŞ dolları dəyərində hərbi yardım edib.

APA xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Qeyd olunub ki, Birləşmiş Krallıq bu göstərici ilə ABŞ-dan sonra (37.6 milyard dollar) Ukraynaya ən çox silah tədarük edən ölkədir.

Məlumata görə, Britaniya müharibə başlayandan Ukraynaya aşağıdakı silahları tədarük edib:

• 14 ədəd “Challenger 2” döyüş tankı
• 250 km mənzilə malik “Storm Shadow” qanadlı raketləri
• “Sea King: axtarış-xilasetmə helikopterləri – üç ədəd istifadədən çıxarılmış helikopter göndərilib və daha bir ədəd göndəriləcək.
• “Mastff” patrul maşını da daxil olmaqla azı 120 ədəd zirehli texnika
• Azı 6 ədəd hava hücumundan müdafiə sistemi (“Starstreak” daxil olmaqla)
• Üç ədəd M270 uzunməsafəli reaktiv yaylım-atəş sistemi
• 5000 ədəd yeni nəsil anti-tank silah (Javelin, NLAW, Brimstone 1,)
• Zərbə dronları və hava hücumundan müdafiə raketləri – “Dauninq Strit” yüzlərlə əlavə vasitənin göndəriləcəyini açıqlayıb.

Məlumatda qeyd edilib ki, Britaniya Ukraynaya eyni zamanda zirehli geyimlər və tibbi vasitələr də daxil olmaqla azı 200 min qeyri-ölümcül vasitə göndərib.

“Birləşmiş Krallıq 30 min ukraynalı əsgər və pilota təlim keçilməsini nəzərdə tutan proqrama da liderlik edir”, - məlumatda bildirilib.

.