Böyük Britaniyanın baş naziri Rişi Sunak təhlükəsizlik kəmərini taxmadan avtomobilin arxa oturacağında oturduğu üçün üzr istəyib.

“Bu, səhv qərar idi. Baş nazir kiçik videomüraciət yazmaq üçün kəmərini açıb. O, bunun səhv olduğunu tam etiraf edir və buna görə üzr istəyir”, - hökumət başçısının nümayəndəsi bildirib.

Baş nazirin izahat verməsinə səbəb olan video onun İngiltərənin şimal-qərbindəki Lankaşirə səfəri zamanı lentə alınıb. Videoda Sunakın motosikletçilərin müşayiəti ilə avtomobildə bölgə iqtisadiyyatına sərmayənin artdığını elan etməsi əks olunub. Qeyd edək ki, Böyük Britaniyada sürücü və ya sərnişin avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı təqdirdə 500-ə qədər (610 dollar) cərimə ilə üzləşir. Qaydadan istisnalar yalnız polis, yanğınsöndürən və xilasedicilərə aiddir.

.