Böyük Britaniya hökuməti Ukraynadakı vəziyyət fonunda qarşıdakı iki il ərzində müdafiə xərclərini 5 milyard funt sterlinq (6 milyard dollar) artıracaq.

Bu barədə Britaniyanın baş naziri Rişi Sunakın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, hərbi büdcənin artırılması ilə bağlı bənd yenilənmiş Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət Kompleks İcmalının martın 13-də dərc olunacaq yenilənmiş versiyasında öz əksini tapacaq.

 

Açıqlamada bildirilib ki, 3 milyard funt sterlinq (3,6 milyard dollar) nüvə qarşısının alınması qüvvələrinin inkişafına, qalan məbləğ isə Ukraynaya ötürülən sursat və silah ehtiyatlarının artırılmasına yönəldiləcək.

.