“Böyük Britaniya hökuməti hələlik Ukraynaya tankların tədarükü ilə bağlı yekun qərar qəbul etməyib”.

Bunu Böyük Britaniya Baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi bildirib. Qeyd edilib ki, hazırkı mərhələdə tankların tədarükü ilə bağlı yekun qərar qəbul edilməyib.

"Bu cür məsələlərlə bağlı qərarlar qəbul olunmayana qədər biz hansı texnikanın göndərilə biləcəyi və ya göndərilməyəcəyi ilə bağlı fərziyyələri şərh etmirik".

O əlavə edib ki, Britaniya Qərb müttəfiqləri ilə birlikdə Kiyevə hərbi yardım göstərilməsi məsələlərini ukraynalı həmkarları ilə müzakirə etməyə davam edəcək.

.