Britaniyalı alimlər xəstəxanalarda çalışan tibb işçilərinin koronavirusa qarşı xüsusi immunitetə ​​malik olduğunu müəyyən ediblər.

Bu barədə “Mitteldeutscher Rundfunk” radiosu alimlərin məlumatlarına istinadən xəbər verir.

Tədqiqatda Britaniya klinikalarından birinin 58 həkimi iştirak edib. Təcrübədə iştirak edənlərin heç birinin dörd ay ərzində müsbət PCR analizi olmayıb, hətta həmkarları iş yerində virusa yoluxmuş olsalar belə, infeksiya əlamətləri aşkarlanmayıb.

İyirmi həkimdə T-hüceyrə konsentrasiyasının artması, digər 19 tibb işçisində isə əlavə immun zülal aşkarlanıb. Alimlər müəyyən ediblər ki, onlarda yoluxucu prosesi dayanıb. Tədqiqatçıların sözlərinə görə, xüsusi immunitet qısa zamanda infeksiyanın öhdəsindən gəlib və virus sadəcə orqanizmdə inkişaf edə, güclənə bilməyib.

.