56 yaşlı Hollivud ulduzu Bred Pittin sevgilisi olduğu deyilən 27 yaşlı almaniyalı model Nikola Poturalski evli imiş.

Bu barədə “Daily Mail” xəbər yazır.

Poturalskinin və 68 yaşlı əri Roland Merinin açıq münasibət tərəfdarı olduğu qeyd edilir.

Bildirilir ki, model Pittlə 2019-cu ilin avqust ayında ərinə məxsus “Borchardt” restoranında tanış olub.

Xatırladaq ki, bir neçə gün əvvəl aktyorla modelin birlikdə Fransanın cənubuna səyahətə çıxdığı barədə xəbər yayılmışdı. 

.