Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqlayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 12 əməliyyat həyata keçirib.

Bu əməliyyatlar zamanı 36 xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.

“Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”, - İlahə Hüseynova qeyd edib.

.