Böyük Britaniya hakimiyyəti Ukraynaya 4 ədəd AH-64 Apache hücum helikopteri və Hellfire idarə olunan raketləri tədarük etmək niyyətindədir.

Bu barədə bazar günü həftəlik The Sunday People qəzeti müdafiə mənbələrinə istinadən məlumat yayıb.

Onların hesablamalarına görə, Britaniya hökuməti müvafiq qərar qəbul etdikdən sonra NATO-ya üzv olan digər ölkələrin liderləri də Ukraynaya hücum helikopterləri göndərə bilərlər. Nəşrin qeyd etdiyi kimi, hər bir AH-64 Apache helikopteri 16 Hellfire raketi, 76 Hydra 70 idarə olunmayan təyyarə raketi və 30 mm-lik avtomatik topla silahlana bilər.

Qəzet qeyd edir ki, pilotların hazırlığının Böyük Britaniyada aparılacağı, vertolyotlara texniki xidmət bazasının isə Ukrayna ilə həmsərhəd ölkələrdən birində, məsələn, Polşada yerləşdiriləcəyi güman edilir.

.