Çin Rusiyanın Ukraynadakı məğlubiyyətinin geosiyasi üstünlüklərini ələ keçirəcək və Brüssel Pekinin qlobal ambisiyalarına cavab verməlidir.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin üzv ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktubunda belə qeyd olunub.

Borrell əlavə edib ki, Aİ ölkələri Pekinin artan millətçiliyi və güclənən ABŞ-Çin rəqabəti ilə bağlı ardıcıl strategiya müəyyənləşdirməlidir:

“Çin məsələsi Rusiya məsələsindən daha mürəkkəbdir. Aydındır ki, Çinin ambisiyası mərkəzində Çinin dayandığı yeni dünya nizamı inşa etməkdir. Rusiyanın Ukraynadakı məğlubiyyəti Çini öz trayektoriyasından çıxarmayacaq. Çin bunun geosiyasi üstünlüyündən yararlana biləcək”.

Borrell əlavə edib ki, bir sıra ölkələr Çinin geosiyasi nüfuzunu Qərblə, Avropa ilə balans əldə etmək üçün nəzərdən keçirir və Aİ bundan xəbərdar olmalıdır.

“Onlar (həmin ölkələr) heç bir tərəf tutmadan öz manevr imkanlarını genişləndirməyə çalışacaqlar”, - Borrell qeyd edib.

.