Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək.

Bu barədə cümə günü Bolqarıstanın Baş naziri Kiril Petkov parlamentdə keçirilən dinləmələrdə bildirib.

“Biz Azərbaycandan qazı iyulun 1-dən tam həcmdə ala bilərik, bu tədarük Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatmasından asılı deyil”, - hökumət başçısı bildirib.

Kiril Petkov həmçinin qeyd edib ki, ABŞ-dan iki tankerə maye qazın tədarükü ilə bağlı müqavilə imzalanıb və gəmilərin boşaldılması üçün yer ayrılıb.

“Amerika qazı da Bolqarıstana çatdırılacaq, hər şey razılaşdırılıb”, - Baş nazir əlavə edib.

.