“Heç nə qızların təhsil almamalarına bəraət qazandıra bilməz”.

Bunu BMT Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, bütün uşaqlar təhsil almaq haqqına malikdirlər: “Hər kəs üçün inklüziv, davamlı, keyfiyyətli təhsil sistemləri yaratmaq naminə indi cəsarətli addımlar atmalıyıq”.

A.Quterreş dünyada 118 500 qızın təhsildən kənar qaldığını xatırladıb.

.