“Dünyanın hər yerində jurnalistlərin təhlükəsizliyi məsələsi xüsusi bir problemə çevrilib”.

Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində çıxışı zamanı deyib.

Ali Komissarın sözlərinə görə, son 10 ildə 1300-dən çox jurnalist öz peşəkar işini gördüyü üçün öldürülüb.

“Bu jurnalistlər problemlərə diqqət çəkmək istəyirdilər, lakin nəticədə onlar müdafiə olunmadılar”, - Turk bildirib.

.