Dünya COVID-19 pandemiyası nəticəsində son bir əsrin ən sərt iqtisadi böhranına daxil olub.

Bunu BMT-nin Baş katibi Antoniu Qutiyerreş deyib.

Onun sözlərinə görə, 2 milyondan artıq insan COVID-19-dan həyatını itirib və bundan əlavə, pandemiya iqlim qeyri-sabitliyi, ölkələr və insanlar arasında bərabərsizlik kimi qlobal problemləri də üzə çıxarıb.

A. Qutiyerreş qeyd edib ki, 2021-ci ildə dünyanın pandemiyadan bərpa olunma prosesini “kövrək vəziyyətdən dayanıqlı vəziyyətə” keçməyə istifadə etməsi üçün unikal fürsəti var.

Bundan başqa, BMT-nin baş katibi vurğulayıb ki, COVID-19-un mutasiyaya uğramış variantı və vaksinasiyanın gecikməsi ölümləri artıra bilər və o, bu səbəbdən vaksinləri ixtira edən ölkələri peyvəndlərin istehsalını artırmağa çağırıb.

.