“Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda, təəssüf ki, mümkünsüzdür”.

Bunu BMT-nin Baş katibi Antoniu Quterriş çərşənbə axşamı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki tərəf qalib gələ biləcəklərinə əmindir.

“Biz konkret problemlərin həlli üçün tərəflərlə mümkün olduğu qədər dialoq qururuq. Ən mühüm təşəbbüs Ukraynadan taxıl ixracı idi... İndi isə atəşkəs və sülh danışıqlarına dərhal başlanılmasının mümkünlüyünü görmürəm”, - A.Quterriş bildirib.

O həmçinin vurğulayıb ki, BMT-nin əsas məqsədi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun ədalətli sülhü bərqərar etməkdir.

.