ABŞ-ın dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətinin detalları açıqlanıb.

Dehlidə G20 iclası çərçivəsində baş tutan ayaqüstü söhbət təxminən 10 dəqiqə çəkib. Blinkenlə birlikdə Dehlidə səfərdə olan dövlət departamentinin rəsmisi CNN-ə bildirib ki, söhbət zamanı dövlət katibi Rusiyanı Paul Uilanı azad etməyə və Yeni Start müqaviləsində iştirak etməyə çağırıb, həmçinin ABŞ-ın Ukraynaya dəstəyini vurğulayıb.

Rəsminin sözlərinə görə, bu görüş əvvəlcədən planlaşdırılmayıb və Sergey Lavrova Blinken özü yaxınlaşıb.

.