ABŞ dövlət katibi Entoni Blinken İsveç xarici işlər naziri Tobias Billströmlə görüşüb.

Bu barədə ABŞ dövlət katibinin "Twitter" hesabında bildirilib.

"İsveç xarici işlər naziri Tobias Billströmlə əla söhbətimiz oldu. Mən ABŞ-ın həm İsveç, həm də Finlandiyanın indi NATO müttəfiqi olmağa hazır olduğuna inandığını bir daha təsdiqlədim. Biz bu ölkələrin mümkün olan ən tez zamanda NATO-ya qoşulmasını gözləyirik", - Blinken qeyd edib.

.