Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq namizədlərinin adı müəyyənləşib.

Siyahını təqdim edirik:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

Aydın Muradov isə əvəzedici namizəd kimi təqdim edilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

.