Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Pauelin çıxışından sonra ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb.

“Yeni Zaman” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,06% və ya 1,1 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 819,6 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçersləri isə 0,04% ucuzlaşaraq, 1 unsiyası 22,802 ABŞ dolları səviyyəsinə düşüb.

FES rəhbəri bildirib ki, ölkədə infilyasiya səviyyəsi proqnozlaşdırılandan yuxarı qalmaqda davam edərsə baza faiz dərəcəsi tədricən artırıla bilər.

.