Ukrayna hakimiyyəti Polşa, Rumıniya və İspaniyanı “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə göndərməyə təhrik edir.

Bu barədə “Financial Times” (FT) qəzeti iki anonim mənbəyə istinadən məlumat yayıb.

FT-nin məlumatına görə, bir sıra Avropa ölkələri bu qərarı “müdafiə qabiliyyətini saxlamaq zərurəti” ilə izah edərək, Ukraynaya “Patriot” göndərməkdən imtina ediblər.

“Kiyevə yeddi “Patriot” sistemi lazımdır. Lakin bunu razılaşdırmaq çətindir”, - nəşr qeyd edib.

.