Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Ərəb Dövlətləri Liqasının sammitinə rəsmi qaydada dəvət alıb.

Bu barədə Suriya Prezident Administrasiyasından bildirilib.

Liqanın zirvə toplantısı mayın 19-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

Qeyd edək ki, Suriya 2011-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Təşkilata üzv dövlətlərin xarici işlər nazirləri 2023-cü il mayın 7-də Suriyanın quruma üzvlüyünün bərpası haqqında qərar qəbul edib.

.