Avropa İttifaqında (Aİ) yerləşdirilən NATO qüvvələri səfərbərlik olmadan hərbi əməliyyatlara başlaya bilər.

Bunu Belarus Respublikasının Təhlükəsizlik Şurasının (TŞ) Dövlət katibi Aleksandr Volfoviç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası (KTMT PA) Şurasının Minskdə keçirilən iclasında çıxışı zamanı bildirib.

Volfoviç qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Alyansın fəaliyyətində təhlükəli xarakter daşıyan dəyişikliklər qeydə alıb və NATO-nun Avropadakı hərbi qruplaşmaları səfərbərlik təşkil etmədən hərbi əməliyyatlara başlamağa qadirdir.

.