Belarus Baş nazirinin müavini İqor Petrişenko martın əvvəlində Azərbaycana səfər edəcək.

Bu haqda  Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Petrişenkonun rəhbərliyi altında ölkəmizə səfərə gələcək nümayəndə heyətinin Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasında iştirakı planlaşdırılır.

Qeyd edək ki, İqor Petrişenko həmçinin, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədridir.

 

.