BƏƏ-də həvəskarlara dron uçurmaq qadağan edilib.

Bu qərar Yəmənin şimalında hökmranlıq edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatının bu yaxınlarda dronlar vasitəsilə Əbu-Dabiyə hücumundan sonra verilib.

Qeyd edək ki, sözügedən insident nəticəsində üç nəfər ölüb, altı nəfərsə yaralanıb.

Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar basqını BƏƏ-nin Yəməndə onlara qarşı hərbi əməliyyatlarda iştirakına cavab adlandırıblar.

.