ABŞ prezidenti Co Baydenin təyyarə pilləkənlərilə bəxti heç gətirmir.

Bu yaxınlarda pilləkənlərlə hava gəmisinə qalxarkən üç dəfə ardıcıl büdrəyib yıxılan dövlət başçısı yenidən analoji halla üzləşib.

Sosial şəbəkələrdə Baydenin daha bir büdrəməsinin görüntüləri yayılıb. Bu dəfə də hadisə təyyarə pilləkənilə qalxarkən qeydə alınıb. Şahidlərin sözlərinə görə, insidentə yağışlı hava şəraitindən pillələrin sürüşkənliyi səbəb olub.

Lakin ötən dəfəkindən fərqli olaraq, ABŞ dövlət başçısı özünü yıxılmaqan qoruya bilib.  

.