Yerli KİV-in məlumatına əsasən ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden onu yeni dövlət başçısı kimi tanımadığına görə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası irəli sürəcəyini güman edir.

Bu barədə Bayden özü mətbuat konfransında bildirib.

Mətbuat konfransında Baydendən rəsmi olaraq hakimiyyətin ötürülməsinə yaşıl işıq yandırması üçün lazım olan rəhbərlik və Baş Xidmətlər İdarəsinə qarşı məhkəmə iddiasının irəli sürülməsinin istisna edilib-edilməməsi soruşulub.

"Biz bunu istisna etmirik", - Bayden deyib.

Bu halda o Trampın seçkilərdə məğlubiyyətini etiraf etməmək istəyini məsuliyyətsizlik adlandırıb. “Bütün dünyaya demokratiyanın necə işlədiyi barədə inanılmaz dərəcədə zərərli mesajlar göndərilir. Sadəcə bunun tamamilə məsuliyyətsiz olduğunu düşünürəm”, - siyasətçi deyib.

.