“Bəzi ştatlarda pandemiyaya qarşı sanitar məhdudiyyətlər çox erkən aradan qaldırılıb”.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdəki açıqlamasında deyib.

ABŞ lideri, həmçinin, maska taxmaqdan vaz keçməməyə, habelə sosial məsafənin gözlənilməsinə riayət etməyə çağırış edib: “Bütün qubernatorlara səslənirəm, məcburi maska rejimini bərpa etmək lazımdır. Hər kəsin üzərinə düşən işi görməsinə ehtiyacımız var. Hələ də bu ölümcül virusla müharibə aparırıq. Müdafiəmizi gücləndiririk, lakin qələbə qazanmaqdan çox uzaqıq”.

Bayden əlavə edib ki, ölkədə yetkinlik yaşına çatan əhalinin azı 90%-i aprelin 19-dək peyvənd olunacaq: “Kifayət qədər dozada peyvəndimiz var. Qalan 10% mayın 1-dək peyvənd olunacaq”. 

.