Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir.

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib: "Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur: “Buna baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsləri tapdıq və istintaqa cəlb etdik”.

Baş prokurorun sözlərinə görə, Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub: “Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə olunan sübutlardan istifadə olunub”.

Kamran Əliyev: "Fərrux kəndində aşkar edilmiş məzarlıqla bağlı istintaq hərəkətləri aparılır"

Xocalı rayonunun Fərrux kəndində tapılmış məzarlıqla bağlı araşdırma davam etdirilir.

Bunu APA-nın sualına cavab olaraq Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Fərrux kəndində aşkar edilmiş məzarlıqda insan qalıqlarının aşkar edilməsi ilə bağlı zəruri istintaq hərəkətləri aparılır: "Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

.