“Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlər aparılmalıdır”.

Bunu 2-ci Xəzər İqtisadi Forumunda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Əli Əsədov dayazlaşma probleminə diqqət çəkib.

Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.

.