Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsi nəticəsində başa gəldiyini deyib, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

.