Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə axtarışda olan sabiq prezident Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb.

M.Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər: "Hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. Proses tam nəzarət altında idi".

Qaribaşvilinin sözlərinə görə, aidiyyəti qurumlar əməliyyatın minimal maneələrlə həyata keçirilməsi məqsədi ilə kordinasiyalı şəkildə vaxt və məkan seçib: "Saakaşvili artıq penitensiar müəssisəyə transfer edilib".

.