“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər üzrə uçuşları davam etdirəcək.

AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq, İstanbula uçuşlar hər gün, Londona hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

Bakıda COVID-19 testini keçmək üçün klinika və laboratoriyaların siyahısı AZAL-ın saytında tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics.

Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.

İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.
 

.