"Papa Johns" pizza restoranının sərtləşdirilmiş karantin rejimi dövrüdə  fəaliyyət göstərib-göstərməməsi polis tərəfindən araşdırılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məluamata görə, görüntülərdəki şəxsin obyektin mühafizəçisi olduğu məlum olub.  Bu səbəbdən həmin obyektə cərimə yazılmayıb.

***

Bakıda qanunsuz fəaliyyət göstərən obyektlər aşkar edilib.

Xətai rayonunda iki , Qaradağ rayonunda bir obyekt sərtləşdirilmiş karantin qaydalarını pozub. Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranının reyd zamanı işlədiyi məlum olub. 

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

.