Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanacaq.

Bu barədə bu gün Bakıda keçiriləcək TDƏŞ ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün gündəliyində deyilir.

Fondun yaradılması onun qurucu ölkələrində infrastrukturun inkişafı, biznesin maliyyələşdirilməsi və müəyyən ölkələrin iqtisadiyyatlarının qarşılaşdıqları investisiya layihələrində maliyyə çatışmazlığı ilə maneələrin aradan qaldırılması naminə əlavə resursların səfərbər edilməsinə kömək edəcək.

.