Bakıda toyda bıçaqlanma olub.
 Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib. 1992-ci il təvəllüdlü Alışov Əmrah Kalam oğlu toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Əsgərov Rəvan Həmidulla oğluna kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib.
Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və hadisəni törədən Əmrah Alışov saxlanılıb.

.