Daxili İşlər Nazirliyi (DİN) Bakıda taksi sürücülərini aldadan şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşılıb ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib. O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.

Qeyd olunub ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

.