Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

Paytaxtda polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə, metrostansiyaların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.

Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bundan başqa, polislər metropoliten stansiyalarının girişlərində sərnişinlərin hərarətini yoxlanılyırlar.

Həmçinin, polis əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb. 

 

 

 

.