Bakıda mağazadan 11 641 manat pul oğurlanıb.

Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birində qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Sultanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.