Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

Məlumata görə, "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində daha 2 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadənin adları verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.

.