Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq, xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan dörd müştəri polis bölməsinə dəvət olunub. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

.