Bu gün səhər saat 7 radələrində Bakı şəhərinin Xəzər rayonunda  “Karsan” markalı, 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yanıb.

Oxu.Az xəbər verir ki, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib. 

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.

.