Bakıda 39 yaşlı şəxs intihar edib.

Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Mustafayev Emil İsgəndər oğlu yaşadığı evin həyətində özünü iplə asaraq intihar edib.

E.Mustafayev ailəli olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

.