Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Mübahisə zəminində bir neçə nəfər tərəfindən döyülən 1986-cı il təvəllüdlü Bayramov Daşqın Zülfüqarov oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

.