Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev saxlanılıb.

APA xəbər verir ki, R. Quliyev barəsində aparılan yoxlamalar zamanı onun korrupsiya əməlləri ortaya çıxıb.

Sabiq aparat rəhbəri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən R. Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti APA-ya faktı təsdiqləyib. Qeyd olunub ki R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki ki, ilk xəbəri unikal.org saytı yazıb.

.