Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  təsdiqləyiblər.

Eldəniz Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini olub.

.