Bakıda 130 min manatlıq dələduluq edən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119.500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13.500 manat pullarını alması da müəyyən edilib.

Araşdırma aparılır.

.